Türkiyədə fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra  daha 6 bölgədə fövqəladə vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, bu  barədə AFAD məlumat yayıb. 

Bildirilir ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda baş verən zəlzələlərdə zərər çəkmiş binaların yerləşdiyi yaşayış məntəqələri Ümumi Həyata təsir edən Fəlakət Bölgələri olaraq qəbul edilib.

Qeyd edək ki,  bundan əvvəl Türkiyənin 10 rayonunda fövqəladə vəziyyət elan edilmişdi.

Gülayə Mecid