Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Litvaya səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi orderə uyğun olaraq dərhal həbs ediləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın ədliyyə naziri Evelina Dobrovolska bildirib.

"Şübhəsiz ki, (Putinin Litvaya səfəri halında) o, saxlanılıb Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək. Və əminəm ki, biz bundan qürur duyub, sevinəcəyik", - Dobrovolska bildirib.

Seymur Əli