Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyətini açıqlaması Qərbi qorxutmaq cəhdidir, lakin NATO sayıq qalacaq və Kreml rəhbərliyinin nüvə şantajına uymayacaq.

"Unikal" xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu gün Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat konfransı zamanı deyib.

"Prezident Putinin açıqlaması bizi Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün istifadə etməyə çalışdığı təhlükəli, çılğın nüvə ritorikasının bir hissəsidir. Bu, Alyansın müttəfiqləri və tərəfdaşlarının ukraynalılara öz ölkələrini müdafiə etmək hüquqlarını həyata keçirməkdə dəstək vermələrini dayandırmaq məqsədi daşıyan hədə-qorxudur. Biz özümüzü qorxutmağa imkan verməyəcəyik. Biz Ukraynaya kömək etməyə davam edəcəyik”, - Stoltenberq vurğulayıb.