Ukrayna prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə gedib. 

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna lideri  Yahodnoye kəndinə rus işğalçılarının 2022-ci il martın 3-dən 30-dək antisanitar şəraitdə 367 dinc sakini saxladığı məktəbin zirzəmisində olub. 

Vəziyyələ tanış olan Zelenski Rusiya Federasiyasının prezidenti Vladimir Putinə bundan sonrakı günlərini zirzəmidə keçirməyi arzulayıb: "Bütün bunları görəndə mən Rusiya prezidentinə qalan günlərini zirzəmidə və tualet əvəzinə vedrə ilə keçirməsini arzu edə bilərəm". 

Ağarza Elçinoğlu