Rumıniyanın paytaxtı Buxarestdə Qara Dəniz Təhlükəsizlik Konfransı keçiriləcək.

"Unikal" xəbər verir ki, konfrans Ukraynanın təşəbbüsü ilə baş tutacaq.

Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, aprelin 12-13-də baş tutacaq konfrans Rumıniya ilə birgə təşkil olunacaq.

Beynəlxalq Krım Platformasının bir hissəsi olan konfrans çərçivəsində Rusiyanın Ukraynaya qarşı müharibəsinin Qara və Azov dənizi regionlarına təsiri müzakirə ediləcək.

Konfransda Beynəlxalq Krım Platformasının iştirakçılarını təmsil edən xarici işlər və müdafiə nazirləri, beynəlxalq qurumların rəhbərləri, hökumət rəsmiləri və müstəqil ekspertlər iştirak edəcəklər.