Ukrayna daha 12 vətəndaşını Rusiya əsirliyindən geri qaytarıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərlə rəftar üzrə koordinasiya qərargahı məlumat yayıb.

Bildirilib ki, geri qaytarılan şəxslərdən 10-u hərbçi, 2 nəfər isə mülki şəxsdir.

Hərbçilər Donetskin Baxmut, Opıtnı və Orihovo-Vasilivka kəndləri yaxınlığında gedən döyüşlərdə əsir götürülüblər.