2022-ci ilin fevralından Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri Ukraynada azı 501 uşaq öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviterdə yazıb.

“Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi dönəm”, - o, sosial şəbəkədə vurğulayıb.

Rassel xəbərdarlıq edib ki, real rəqəm, ehtimal ki, BMT agentliyinin təsdiq etdiyi rəqəmlərdən xeyli yüksəkdir.