Rusiya ATƏT Parlament Assambleyasına ianələrin ödənilməsini dayandıracaq.

"Unikal" xəbər verir ki, bu qərarı Dövlət Dumasının Şurası qəbul edib, - deyə parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirib.

Telegram kanalında o, 2023-cü il üçün töhfələrin verilməyəcəyini yazıb. Deputatın sözlərinə görə, Rusiya tərəfi ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin işinə müdaxilə cəhdləri ilə üzləşib.

Volodin vurğulayıb ki, Moskva iştirak etmədiyi bir şey üçün pul ödəməməlidir.