Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir Boyko Borisovun “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı” Partiyası ilə Demokratik Qüvvələr İttifaqının koalisiyası qalib gəlib.

"Unikal" xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmuş məlumata görə, yeni parlamentə cəmi 6 partiya və siyasi qrup keçə bilib.

Bildirilib ki, seçkidə fəallıq 40,63 faiz olub. Səsvermə siyahılarına daxil edilmiş 6 milyon 594 min 593 seçicidən 2 milyon 679 min 234 seçici səsvermədə iştirak edib.

MSK-nın məlumatına görə, seçkilərin rəsmi nəticələri səsvermə məlumatlarının əlavə yoxlanışından sonra aprelin 6-dan gec olmayaraq elan ediləcək.