FIFA Peru Futbol Federasiyasının gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu ləğv etmək barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bununla bağlı FİFA açıqlama yayıb.

“Bu qərar ev sahibi ölkənin turnirin keçirilməsi üçün lazım olan infrastrukturun yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən verilib”, - FIFA-nın açıqlamasında deyilir.

Qeyd edək ki, turnirin 2023-cü il noyabrın 10-dan dekabrın 2-dək keçirilməsi planlaşdırılır.