"Moskva Avropa İttifaqına dost olmayan bir birlik kimi baxır". 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  “Arquments and Facts” qəzetinə müsahibəsində bildirib.

"Avropa İttifaqı Rusiyanı “itirdi”. Bunun günahkarı özüdür. Axı, Rusiyaya, necə deyərlər, strateji məğlubiyyətin verilməsi zərurətini açıq şəkildə bəyan edən Aİ-yə üzv dövlətlər və İttifaqın rəhbərləridir.  Bu səbəblərə görə biz Aİ-ni dost olmayan bir birlik kimi qiymətləndiririk”, - deyə o vurğulayıb. 

Lavrov həmçinin qeyd edib ki, Aİ Ukraynanı silahlarla doldurur, həmçinin təlimatçılar və muzdlular göndərir. Onun sözlərinə görə, Rusiya bundan müvafiq nəticələr çıxarıb.

Gülayə Mecid