Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana məxsus “Togg” avtomobilini yenidən sınaqdan keçirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Togg"u idarə edən Ərdoğanla həyat yoldaşı Əminənin maraqlı videosu yayımlanıb. 

Belə ki, birinci xanımın “Avtomobil mənimdir” deməsinin ardınca Ərdoğan “Hazırda kapitan mənəm. Maşının sənin olması önəmli deyil, önəmli olan sükan arxasında kimin olmasıdır”, - deyə cavab verib.

Ərdoğanın cavabı təbəssümlə qarşılanıb.