Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün Çinə üç günlük səfərə başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Yelisey Sarayı açıqlama yayıb. 

Məlumata görə, Ukrayna hadisələri Çin hakimiyyəti ilə müzakirələrin mərkəzində olacaq.

Fransız iş adamlarından ibarət böyük bir nümayəndə heyətinin Makronla birlikdə Çinə gedəcəyi də bildirilir.

Ağarza Elçinoğlu