Çikaqoda Tramp Tower binasına silahlı qadın daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Chicago Sun-Times polis mənbələrinə istinadən məlumat yayıb. Hadisə yerinə xüsusi təyinatlı polislər gəlib.

Qadın hələ də saxlanılmayıb, ölənlər və yaralananlar barədə məlumat yoxdur. İlkin məlumata görə, hadisə məişət xarakterlidir və terror aktı deyil.

Nyu-York prokurorluğu çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Trampı maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham edib. Bundan əvvəl o, tərəfdarlarını etiraza çağırıb.