Rusiyanın İnquşetiya vilayətinin Malqobek rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında silahlı qarşıdurma baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) məlumat dərc edib. 

Məlumata görə, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub. Ölənlər arasında yüksək rütbəli rayon polis zabiti də var.

Mühasirəyə alınan silahlılar müqavimət göstərib. Atışma bütün gecə davam edib. 

Atışma zamanı daha 7 nəfərin yaralandığı qeyd olunub. 

Ağarza Elçinoğlu