Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Sankt-Peterburqa gedəcək. 

"Unikal" xəbər verir ki, bu barədə parlamentin saytı məlumat yayıb.

Məlumata görə, spiker və nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və Plenar iclaslarında, MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclasında iştirak edəcək. 

Səfər aprelin 12-15-də baş tutacaq. Nümayəndə heyətinə parlamentin sədr müavini Ruben Rubinyan, Regional və Avrasiya inteqrasiyası daimi komissiyasının sədr müavini Vaqarşak Akopyan və deputat Aleksey Sandikov daxildir.

Ağarza Elçinoğlu