ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Vyetnama səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Ehtimal olunur ki, Blinken aprelin 16-18-də Yaponiyada keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl aprelin 15-də Hanoy şəhərinə gedəcək.

ABŞ dövlət katibinin səfəri ABŞ və Vyetnam arasında münasibətləri daha yüksək səviyyəyə çatdırmaq səylərinin bir hissəsi olacaq. 

Ağarza Elçinoğlu