Molla rejimi tətbiq etdiyi şəriət normalarını pozanlara qarşı mübarizəni gücləndirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, artıq ölkədə küçə müşahidə kameralarının köməyi ilə hicab taxmaqdan imtina edən qadınların “üəyyən ediblərək cəzalandırılmasına başlanılıb. 

Bundan əvvəl vitse-polis qaydalara riayət olunmasına nəzarət edirdi, lakin o, etirazlardan sonra ləğv edildi. İran polisi açıqlamasında bildirib ki, yeni tədbir hicab qanununa müxalifətin qarşısını almaq məqsədi daşıyır: "Qanun pozuntusu aşkar edilərsə, qadınlara SMS göndəriləcək". 

Daxili İşlər Nazirliyi həmçinin sahibkarları öz ərazilərində qadınların müsəlman normalarına riayət etmələrinə nəzarət etməyə və yoxlamalar aparmağa çağırıb

Ağarza Elçinoğlu