Aprelin 6-da Ermənistan xüsusi ordu korpusunda insident baş verib. Hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb.

"Unikal"ın məlumatına görə, hadisə silahla davranış qaydalarının kobud surətdə pozulması nəticəsində baş verib. 

Məlumata görə, xidmət yoldaşlarının təhqir və təzyiqlərinə dözməyən əsgər axşam saatlarında avtomat silahından atəş açaraq digər iki erməni əsgərini güllələyib. 
Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev