ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi dəstək mərkəzinin raket hücumuna məruz qaldığını bildirib.

"Unikal" xəbər verir ki, komandanlığa əsasən, bazar ertəsi, aprelin 10-da ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə “uğursuz” raket atılıb. 

“Daha bir raket atışmanın aparıldığı yerdə tapılıb”, - məlumatda deyilir.

CENTCOM-un bildirdiyinə görə, atəş nəticəsində heç kim xəsarət almayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib.

Bundan əvvəl Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər və Koniko yataqlarındakı ABŞ hərbi bazalarının raket atəşinə tutulduğu bildirilmişdi.

Bundan əvvəl  Pentaqon ABŞ-ın Suriyadakı hədəflərə hava zərbələri endirdiyini , Vaşinqtonun fikrincə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.