Ermənistanın müdafiə naziri Suren Papikyan məhkəməyə verilib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, nazir və Müdafiə Nazirliyi haqqında məhkəməyə müraciəti Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan edib. 

Qalstyan məhkəmədən "Ermənistan Respublikasının ehtiyat qüvvələri buraxılsın" qərarının ləğvini tələb edir. 

Xatırladaq ki, Stepan Qalstyan 2021-ci il oktyabrın 2-də Silahlı Qüvvələrin ehtiyacları üçün hərbi texnikanın tədarükü zamanı sui-istifadə və xüsusilə külli miqdarda oğurluq halları ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib, sonra isə buraxılıb. 

Ağarza Elçinoğlu