ABŞ prezidenti Cozef Baydenin bir neçə saat sonra başlayacaq səfəri öncəsi Şimali İrlandiyanın paytaxtı Belfastda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

"Unikal" xəbər verir ki, Ağ Ev rəhbəri Şimali İrlandiyaya Böyük Britaniyanın bir hissəsi olan bu regionda onilliklərlə davam edən münaqişənin sona çatdığını göstərən “Yaxşı Cümə” sazişinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün gedir.

Bayden Belfastdan İrlandiyaya gedəcək və burada yerli parlament üzvlərinə xüsusi mesaj çatdıracaq. Bayden Dublinlə yanaşı, Louth və Mayo qraflıqlarına da səfər edəcək. 

Baydenin səfəri aprelin 14-də başa çatacaq.