Qüdsdəki Məbəd Dağı Ramazan ayının sonuna qədər turistlərə və yəhudilərə bağlı olacaq.

"Unikal" xəbər verir ki, qərar İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən qəbul edilib. Bu barədə onun ofisindən bildirilib.

Son bir həftə ərzində Məbəd dağında fələstinlilərlə İsrail polisi arasında dəfələrlə toqquşmalar olub. Bir gün məsciddə barrikada quraraq mühafizəçilərə müqavimət göstərən 350-yə yaxın müsəlman orada saxlanılıb.