İtaliya miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, ölkənin cənub rayonlarında vəziyyət xüsusilə ağırdır.

Məlumata görə, problemin həlli üçün Nazirlər Kabineti 5 milyon avro ayırıb.

Respublika Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ilin əvvəlindən ölkəyə dəniz yolu ilə 30 mindən çox insan gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfə çoxdur. Təkcə aprelin 7-dən 10-dək Kalabriya və Siciliya sahillərində 3 minə yaxın miqrant xilas edilib. Onların əksəriyyəti Afrika ölkələrindəndir.