ABŞ-ın Riçmond şəhərində (İndiana ştatı) plastik emalı və saxlama zavodunda yanğın olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Ueyn dairəsinin Fövqəladə Hallar Agentliyi yanğının baş verdiyi əraziyə yaxın olan evlərdə yaşayan təxminən 2 min sakinin təxliyyəsi barədə göstəriş verib.

Yanğınsöndürənlər zavodun ərazisində yerləşən propan çənlərinin partlama riskinin olduğunu qeyd edirlər.

Ölən və yaralananlar barədə məlumat yoxdur.