Kahramanmaraş mərkəzli zəlzələlərdən ən çox təsirlənən Hatayda dağıntıların çıxarılması və ağır ziyan dəymiş binaların sökülməsi işləri yekunlaşır. 

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki,  ən böyük dağıntının yaşandığı Hatayın Antakya rayonunda da dağıntı işləri başa çatıb. Minlərlə insanın yaşadığı, şəhər həyatının mərkəzi olan küçələr öz yerini sakit meydanlara buraxıb.

Zəlzələdən sonra Antakyanın son görüntülərini təqdim edirik: