Rusiya və Çin hökumətlərinin nəzarətində olan qurumlar ballistik raketlər üçün lazım olan ammonium perxlorat kimyəvi maddəsinin İrana verilmədi üçün İslam Respublikası ilə gizli danışıq aparırlar. 

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat dərc edib. 

Məlumata görə, ammonium perxloratın alınması ilə bağlı danışıqlarda İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Pekindəki diplomatı, Çində texnologiya üzrə məsləhətçi kimi çalışan Səccad Əhədzadədir.

"Rusiyanın dövlət kimya şirkəti bu danışıqların tərəflərindən biridir. Razılaşma uğurlu olarsa, bu raketlərin bir qismi Ukraynaya qarşı müharibədə istifadə oluna bilər", - məlumatda qeyd olunub.

Ağarza Elçinoğlu