"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı “danışıqlara ciddi yanaşmır”". 

"Unikal" CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Burns deyib.  

Onun sözlərinə  görə, Putin geri çəkilmək əvəzinə müharibənin şiddətini daha da artırır. 

"Rusiya Federasiyasının prezidenti hələ də “Ukraynanı və Qərbi darmadağın edə biləcəyinə” inanır. Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində “dərin yanılıb”", - deyə o bildirib. 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru həmçinin ABŞ-ın Ukraynaya gələcək dəstəyinin, xüsusən də kəşfiyyat məlumatlarının mübadiləsi vasitəsilə dəstəklənməsinin vacibliyini vurğulayıb.

Gülayə Mecid