İranın bir neçə şəhərinin 28 məktəbində yüzlərlə şagird zəhərlənib.

"Unikal" xəbər verir  ki, bu barədə "Azad Telegram" kanalı məlumat yayıb. 

Bildirilir ki, zəhərlənmə halları İsfahan, Şiraz, Qunavə, Zəncan, Təbriz, Məşhəd, Şahinşəhr və başqa şəhərlərdə qeydə alınıb. Şagirdlərin zəhərlənməsi xəbərindən sonra valideynlər məktəbə axışıblar. 

Lakin onların məktəbə girişinə qadağa qoyulub. Əraziyə çox sayda polis cəlb olunub. Valideynlərlə məmurlar arasında qarşıdurma yaşanıb.