Çində H3N8 quş qripindən dünyada ilk ölüm faktı qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Məlumata görə, 56 yaşlı xəstə ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın Zhongshan şəhərindəki bazarda diri quşlarla təmasda olub və bazardan götürülmüş ətraf mühit nümunələri H3 quş qripi üçün müsbət nəticə verib.

Hadisə ilə bağlı digər təfərrüatlar verilmir.

Ağarza Elçinoğlu