İranın nümayəndə heyəti səfirliyinin Səudiyyə Ərəbistanında açılması üçün bu ölkəyə səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani bildirib.

O, bu il Həcc mərasimləri öncəsi İran səfirliyinin yenidən açılması üçün səylər göstərildiyini açıqlayıb: "Yeni addımda və İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında rəsmi əlaqələrin və iki ölkənin siyasi və konsulluq nümayəndəliklərinin diplomatik fəaliyyətinin bərpası haqqında sazişin icrasına uyğun olaraq, İranın texniki heyəti bu gün, çərşənbə günü günorta saatlarında Ər-Riyada gəldi və Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qarşılandı".

Həmçinin, Səudiyyə Ərəbistanı Nazirlər Şurası çərşənbə axşamı İran İslam Respublikası ilə diplomatik əlaqələrin bərpasını müzakirə etmək üçün iclas keçirib.

Ağarza Elçinoğlu