Müstəqilliyimiz illərində Qarabağ məsələsinin hansı konsepsiya ilə aparıldığını əsaslı şəkildə həll etməliyik.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 12-də parlamentdəki çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: "Əgər Madrid prinsiplərindən əvvəl DQ-nin öz müqəddəratını təyin etdiyi yer Sovet İttifaqı idisə, Madrid prinsiplərindən sonra erməni tərəfinin "dahi" diplomatiyası nəticəsində DQ-nin müqəddəratını təyin etdiyi yer Azərbaycan oldu. Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bütün bunların deyilməsi çox vacibdir. Bunu 2018-ci ilin mayında deməməyimiz bizim günahımızdır. Fikirləşmişik ki, birtəhər bu tələdən çıxa bilərik və ya ən azından o tələdən çıxmaq üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Amma bu, beynəlxalq səviyyədə razılaşdırılıb". 

Paşinyan vurğulayıb ki, hazırkı gərgin vəziyyət Robert Köçəryanın prezidentliyi dövründə yaranıb: "2007-ci ildə hakimiyyətin transformasiyası və ya ötürülməsi zamanı Serj Sarkisyan Baş nazir, Robert Köçəryanın isə Ermənistan Respublikasının prezidenti olduğu vaxt Madrid prinsipləri meydana çıxdı ki, burada ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ vurğulanırdı. 

Madrid prinsiplərinə əsasən qeyd olunur ki, Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanla razılıq əldə edilməlidir. Üstəlik, etibarlı məlumata görə, həmin prinsiplərin müəllifi Ermənistan tərəfi olub".

Ağarza Elçinoğlu