İspaniya Ukraynaya gəmi əleyhinə "Harpun" raketlərini çatdırıb.

"Unikal" xəbərb verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ispaniyalı həmkarı Marqarita Robleslə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələri (Dəniz Donanması) lazım gələrsə, Ukraynanın "Neptun" gəmi əleyhinə raketlərindən, həmçinin Amerika istehsalı olan "Harpun" raketlərindən istifadə etməyə hazırdır. Reznikov qeyd edib ki, Ukraynaya gələn "Harpun"lar arasında İspan raketləri də var.

Qeyd edək ki, bir müddət öncə Reznikov Qara dənizdəki Rusiya gəmiləri üçün "sürpriz" hazırlandığını açıqlamışdı. 

Ağarza Elçinoğlu