"Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. 

"Lakin birbaşa təmasların dayandırılması şəraitində belə, danışıqlar prosesi heç vaxt kəsilməyib. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar", - nazir bildirib.

Ağarza Elçinoğlu