Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 252 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 117, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 032, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 368, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 410, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 048 nəfər təşkil edir.