Rusiyanın Rostov vilayətində cinayətkar birlik yaratmaqda və korrupsiyada təqsirləndirilən 24 polis əməkdaşına qarşı həbs-qətimkan tədbiri seçilib. 

"Unikal" xəbər verir ki, bu barədə Essentuki Şəhər Məhkəməsinin mətbuat xidməti KİV-ə açıqlayıb. 

Məhkəmənin qərarına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdakı iki ayı istintaq təcridxanasında keçirəcəklər. İddia üzrə 9 şübhəli Moskvaya sövq edilib.

Ağarza Elçinoğlu