Ukrayna ilə bir ildən artıqdır müharibədə olan Rusiya prezidenti Vladimir Putinin sağlamlıq durumu ilə bağlı diqqət çəkən iddia ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, iddianın mənbəyi ABŞ-ın bir müddət əvvəl sızan gizli sənədləri və yazışmaları olduğu açıqlanıb. 

Belə ki, ABŞ və İngiltərə mətbuatında çıxan xəbərlərdə Rusiya lideri Putinin bir müddətdir xərçənglə mübarizə apardığı, kimyaterapiya müalicəsinə başladığı da qeyd olunub. 

Putinin müalicə alması ilə bağlı iddialara əlavə olaraq, Rusiya ordusunun yüksək rütbəli şəxslərin bilərəkdən müharibəni uduzmaq planları qurduqları da ifadə edilib.

53 səhifəlik sənədlərdə bu çevrilişin arxasında Rusiya Milli Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun durduğu bildirilir.

Gülayə Mecid