Aprelin 13-də Şimali Koreya yeni qitələrarası “Hwasong-18” ballistik raketini sınaqdan keçirib.

"Unikal" xəbər verir ki,  Şimali Koreya Dövlət mediası raketin birinci mərhələsinin KXDR-in şərq sahilindən 10 km, ikinci mərhələsinin isə 335 km aralıda sulara düşdüyünü və yeni raketin “strateji ölkənin silahlı qüvvələrinin əsas silahı”na çevrilməli olduğunu bildirib.

Sınaqlara Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. O, həyat yoldaşı, bacısı və qızı ilə birlikdə ballistik raketinin sınağını izləyib. 

Ş.Koreya liderinin sözlərinə görə, yeni “Hwasong-18” ölkənin nüvə əks-hücumuna hazırlığını artıracaq, Şimali Koreyanın düşmənləri isə “ümidsizliyə düşəcək” və “qorxudan titrəyəcək”. 

Kim Çen In yeni raketi hazırlayanları mükafatlandıracağını da vəd edib.

Seymur Əli