Müharibədə qələbə həm Ukrayna, həm də Rusiya üçün fəlakət olacaq, ona görə də sülh danışıqlarına dərhal başlamaq lazımdır.

"Unikal" xəbər verir  ki,  bunu Fransanın “Milli Birlik” parlament fraksiyasının rəhbəri, prezidentliyə keçmiş namizəd Marin Le Pen "El Pais"ə müsahibəsində bildirib.

“Əgər Rusiya müharibədə qalib gəlsə, bu, fəlakət olacaq, çünki ərazi münaqişəsi olan bütün ölkələr bunu silahla həll edə biləcəklərini düşünəcəklər. Əgər Ukrayna qalib gəlsə, bu, NATO-nun müharibəyə girməsi demək olacaq, çünki əminəm ki, Ukrayna NATO-nun gücü olmadan Rusiyanı hərbi cəhətdən məğlub edə bilməz. Bu isə o deməkdir ki, Üçüncü Dünya Müharibəsi başlayıb”, - deyə siyasətçi bildirib.