Ukraynanın Poltava Şəhər Şurasının dəfn və ritual xidmətlərinin kommunal müəssisəsinin rəsmisi müharibədə ölən hərbçilərin dəfn edilməsi üçün pul tələb edib. 

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata görə, kommunal müəssisənin rəis müavini dəfn xidmətlərinin göstərilməsi ilə bağlı rüşvət istəyib. Adı çəkilməyən iş adamı ölən hərbçilərin daşınması üçün sözügedən şəxsə qazandığı vəsaitin 25%-ni daimi olaraq nağd şəkildə ödəməli olub. O, həmçinin hər dəfn üçün müəyyən məbləğdə aylıq köçürmələr etməli idi.

Vəzifəli evində aparılan axtarışlardan sonra saxlanılıb. 

Ağarza Elçinoğlu