Rusiyanın Tümen vilayətində yüksək səslə musiqi səsləndirən şəxsə qonşusu qumbara atıb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Qolışmanovo kəndində baş verib. Qumbaranın partlaması nəticəsində bir nəfər yaralanıb. 

Məlumata görə, 57 yaşlı Tümen sakini spirtli içki qəbul etdikdən sonra yüksək səslə musiqi dinləyən 33 yaşlı qonşusunu RQD-5 markalı qumbara ilə yaralayıb. 

 Rayon xəstəxanasına yerləşdirilən zərərçəkən çanaq və bud nahiyəsindən xəsarət alıb.

Ağarza Elçinoğlu