Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın kütləvi istehsalına başlanılması planlaşdırılır.

"Unikal" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Baykar” şirkətinin ərsəyə gətirdiyi “Bayraktar Kızılelma”nın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb.
İndiyə qədər iki prototipi hazırlanan “Bayraktar Kızılelma”nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Qeyd edilib ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.