Avropa Komissiyası Polşa və Macarıstanın Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasına münasibət bildirib.

"Unikal" bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyası Macarıstan və Polşanın Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasını qəbuledilməz sayır.

Qeyd edilib ki, Avropa İttifaqının ticarət siyasəti müstəsna olaraq ümumilikdə Avropa İttifaqının səlahiyyətindədir və istənilən birtərəfli fəaliyyət qəbuledilməzdir.