Hindistanda adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçi Atik Əhməd və qardaşı Əşrəf Əhməd öldürülüb.

"Unikal" xəbər verir ki, onlar polis mühafizəsi altında əlləri qandallı şəkildə Uttar Pradeş vilayətindəki xəstəxanaya aparılarkən canlı yayımda güllələniblər.

Hadisədən sonra özünü jurnalist kimi təqdim edən 3 nəfər həbs edilib.