“İstanbulda 220 minə yaxın bina və 1,5 milyon yardımçı tikili təhlükə altındadır. Onlardan 300 mini təcili rekonstruksiyaya ehtiyac duyur”.

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələyə meyilli binalar barədə danışarkən deyib.

Ərdoğan “ehtiyat şəhərlər”in tikintisinə başlanılacağını və köçmək istəyənlərin ora köçürüləcəyini açıqlayıb.

1999-cu ildən əvvəl tikilmiş binaların risk tədqiqatlarına da başlanılıb. Güclü olmayan binalar yeni tikililərlə əvəz olunacaq.

Prezident Ərdoğan sonda “Zəlzələdə evi dağılan vətəndaşlar bizə etibar etsinlər, hər birini ən qısa zamanda möhkəm və təhlükəsiz evlərə yerləşdirəcəyik” deyə bildirib.