Polşa və Macarıstandan sonra Bolqarıstan hakimiyyəti müvəqqəti olaraq Ukrayna taxılının və ərzaq məhsullarının idxalına qadağa qoya bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Kənd Təsərrüfatı naziri Yavor Geçev bildirib.

Bolqarıstan rəsmisi qeyd edib ki, altı Avropa ölkəsinin kənd təsərrüfatı nazirləri ilə qadağanı müzakirə edib.

"Bolqarıstanın maraqları qorunmalıdır. Bundan əlavə, indi iki ölkə artıq belə bir məhdudiyyət tətbiq etdiyinə görə, biz reaksiya verməsək, Bolqarıstan ərazisində yığılmalar daha da böyüyə bilər", - Geçev bildirib.