Terror təşkilatı PKK/YPG Suriyanın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki bazalarını atəşə tutub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb. Onlar Kilis Dövlət Xəstəxanasına çatıdırlıb.

Terrorçuların mövqeləri müəyyən edilərək antiterror əməliyyatı başladılıb.