Şərqi Afrikanın İnkişafı üzrə Hökumətlərarası Təşkilatı (IGAD) Keniya , Cənubi Sudan və Cibuti rəhbərlərini döyüşən ordu və Çevik Reaksiya Qüvvələrinin rəhbərlərini barışdırmaq üçün Sudana göndərir.

"Unikal" xəbər verir ki, bu barədə Keniya səlahiyyətliləri bildirib. 

IGAD rəhbərləri aprelin 16-da Sudandakı vəziyyətə həsr olunmuş videogörüş keçiriblər. Təşkilat nümayəndələri Sudan Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah Burhan və Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Daqlonu “müharibəni dayandırmağa və danışıqlara qayıtmağa” çağırıblar.

“IGAD münaqişə edən qrupları barışdırmaq üçün prezident Kiir (Cənubi Sudan Prezidenti Salva Kiir), Prezident Ruto (Uilyam Ruto, Keniya Prezidenti) və Prezident Qelleni (Cibuti Prezidenti, İsmayıl Gelle) mümkün qədər tez göndərmək qərarına gəlib”. Bu barədə Keniya hökuməti məlumat yayıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan və Çevik Reaksiya Qüvvələrinin (Xüsusi Qüvvələr) komandiri Məhəmməd Həmdan Daqalonu Sudanda hərbi əməliyyatları dayandırmağa çağırıb .