Hindistanın Maharaştra əyalətində açıq havada keçirilən tədbirə qatılan 13 nəfər həddindən artıq istilərin yaratdığı sağlamlıq problemlərindən sonra dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Navi Mumbai şəhərində yerli vaxtla saat 11.30 radələrində başlayan və 13.00-a qədər davam edən açıq hava tədbirinə yüzlərlə insan qatılıb.

Hindistanın Maharaştra ştatının Navi Mumbay şəhərində havanın temperaturu 38 dərəcəyə qədər yüksələrək insan tələfatına səbəb olub.