Sudan əsgərləri ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurma zamanı Sudanın Mədən Naziri Məhəmməd Bəşirin evinə raket düşüb.  

"Unikal" xəbər verir ki,  hadisə paytaxt Xartumun Bəhri rayonunda qeydə alınıb. 

Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb.

Bəşir sağ-salamat xilas olub.

Gülayə  Mecid